Qusarda yol qəzası:1 ölü, 3 yaralı

Qusarda yol qəzası:1 ölü, 3 yaralı
  03 Avqust 2018    Oxunub:7122
Qusarda yol qəzası baş verib.
Daxili İşlər Nazirliyindən (DİN) AzVision.az- a verilən məlumata görə, Avqustun 2-də saat 8 radələrində Qusar rayonunun Xuray kəndi ərazisində kənd sakini Novruz Babayev idarə etdiyi “Opel” markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə sürücü hadisə yerində ölüb, 3 sərnişini xəstəxanaya yerləşdirilib. Qusar RPŞ tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: Qusar  





Xəbər lenti