"OBA"dakı bıçaqlanmanın təfərrüatı məlum oldu

"OBA"dakı bıçaqlanmanın təfərrüatı məlum oldu
  02 Avqust 2018    Oxunub:4420
Ötən gün Bərdə rayonunda yerləşən OBA marketlər şəbəkəsində bıçaqlanma hadisəsi baş verib. Hadisə zamanı mağaza adminstratoru 4 bıçaq zərbəsi alıb. Zərərçəkən dərhal xəstəxanaya çatdırılıb.
AzVision.az xəbər verir ki, bunu OBA marketlər şəbəkəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Elvin Babayev bildirib. O qeyd edib ki, hadisənin baş vermə səbəbi hhazırda hüquq mühafizə orqanları tərəfindən araşdırılır.

"Hadisəni törədən Məmmədov Rahim bir gün öncədən OBA marketlər şəbəkəsinin Bərdə filialına müraciət edərək marketdə çalışan Yeganə Məmmədovanın işdən çıxarılmasını tələb edib. Bununla bağlı mağaza administratoru şirkət təlimatlarına uyğun şəkildə Rahim Məmmədova bu məsələlərin qanunvericiliklə tənzimləndiyini, işdən çıxarılmaq üçün heç bir əsas olmadığını izzah edib. Eyni zamanda Yeganə Məmmədova Rahim Məmmədovun marketdən çıxmasını, işində ona problem yaratmamasını tələb edib. Rahim Məmmədov bir gün ərzində tələbi yerinə yetirilməyəcəyi təqdirdə problem yaranacağı ilə bağlı təhdid edib. Növbəti gün mağazaya gələn R.Məmmədov mağaza adminstratorunu təhqir edərək ona hücum çəkib.

Qeyd edək ki, şirkətimizə işə qəbul Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən aparılır. İşdən azad edilmə qanunvericiliyin tələblərinə əsasən həyata keçirilir. Rahim Məmmədov OBA marketdə çalışan Yeganə Məmmədovanın uzaq qohumudur. OBA Marketlər Şəbəkəsi baş vermiş hadisədən təəssüfləndiyini bildirir və bu cür hadisələri pisləyir. Hadisə nəticəsində xəsarət alan əməkdaşımız Ülfət Həsənova şəfa diləyirik" -deyə E.Babayev vurğulayıb.

AzVision.az


Teqlər: OBA   Market  





Xəbər lenti