Ağcabədidə oğul atasını maşınla vurub öldürüb

Ağcabədidə oğul atasını maşınla vurub öldürüb
  28 İyul 2018    Oxunub:4998
İyulun 27-də Ağcabədi rayon sakini Mirzəxan Baxşəliyev yaşadığı Qaradolaq kəndi ərazisindəki “Ağgöl” adlanan fermanın həyətində idarə etdiyi “Niva” markalı avtomobillə qəsdən atası Musa Baxşəliyevi və ögey anası Dilarə Baxşəliyevanı vurub könüllü olaraq polisə gəlib.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, Musa hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilən Dilarənin vəziyyəti orta-ağırdır. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


AzVision.az


Teqlər:





Xəbər lenti