Borca görə axtarışda olan 26 nəfər saxlanıldı

Borca görə axtarışda olan 26 nəfər saxlanıldı
  28 İyul 2018    Oxunub:4459
Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
DİN Mətbuat Xidmətindən AzVision.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 118 cinayət faktı qeydə alınıb, onların da 25-i “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub. Bundan başqa, axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 26 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Məlumata görə, ötən gün respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti