İntihara cəhdin qarşısı alındı

İntihara cəhdin qarşısı alındı
  27 İyul 2018    Oxunub:5192
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Qəbələ şəhərində 1 nəfər doqquzmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. Əməliyyat başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti