Sumqayıtda gəlin qayınatasını döyüb

Sumqayıtda gəlin qayınatasını döyüb
  27 İyul 2018    Oxunub:5839
Sumqayıtda 82 yaşlı kişi gəlini tərəfindən döyülüb.
Hadisə şəhərin birləşmiş məhəlləsində baş verib. Belə ki, Sumqayıt şəhər sakini 1936-cı il təvəllüdlü Dadaşov Mirağa İbad oğlu yaşadığı 7-8-12 birləşmiş məhəllədə ailə münaqişəsi zamanı öz gəlini tərəfindən döyülüb. Yaşlı kişi ağır zədələrlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. (Report)

AzVision.az


Teqlər: Sumqayıt  





Xəbər lenti