Ağsuda iki piyadanı maşın vurub

Ağsuda iki piyadanı maşın vurub
  27 İyul 2018    Oxunub:6064
Ağsu rayonunun Çiyni kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az DİN-ə istinadən xəbər verir ki, iyulun 25-də saat 12 radələrində Ağsu rayonunun Çiyni kəndi ərazisində Kürdəmir rayon sakini Hamlet Xəlilov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Gəncə şəhər sakinləri Edivar Əliyevi və Alim Babayevi vurub. Nəticədə A.Babayev hadisə yerində ölüb, E.Əliyev xəstəxanaya yerləşdirilib. Ağsu RPŞ tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti