Maşından pul oğurlayanlar tutulub

Maşından pul oğurlayanlar tutulub
  26 İyul 2018    Oxunub:5580
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Zığ qəsəbə sakini N.Yolçuyevin “Mercedes” markalı avtomobilindən 3500 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Timur Sinjapov saxlanılıb.

Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 24-nə keçən gecə Bakı şəhər sakini R.Kərimovun “Chevrolet” markalı avtomobilindən 27 manat pul, 2 ədəd mobil telefon, sənədlər və bankomat kartlarını oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Elxan İsayev saxlanılıb. Faktlarla bağlı araşdırmalar aparılır.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti