10 tona yaxın narkotik məhv edildi

10 tona yaxın narkotik məhv edildi
  26 İyul 2018    Oxunub:4457
Şəki ŞRPŞ və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının keçirdikləri birgə tədbirlər nəticəsində rayon sakininə məxsus torpaq sahəsində yabanı halda bitmiş ümumi çəkisi 9073 kiloqram olan 37032 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək məhv edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AzVision.az-a verilən məlumata görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə rayonun Qıpçaq-Kötüklü kəndi ərazisindəki torpaq sahəsində ümumi çəkisi 832 kiloqrama yaxın 2188 ədəd yabanı halda bitmiş çətənə kolları aşkar edilərək yandırılma yolu ilə məhv edilib.

AzVision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti