Ağdaşda 19 yaşlı oğlan özünü güllələyib

Ağdaşda 19 yaşlı oğlan özünü güllələyib
  26 İyul 2018    Oxunub:4708
Ağdaş rayonunda müəmmalı intihar hadisəsi baş verib.
Hadisə rayonun Cüvəkənd kəndində qeydə alınıb. Kənd sakini, 1999-cu il təvəllüdlü Babayev Əvəz Rafiq oğlu yaşadığı kənddə yerləşən gölün kənarına gedərək orada özünə ov tüfəngindən atəş açıb. Ağız və çənə nahiyəsindən güllə yarası alan Əvəz Babayev aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Onun hansı səbəbdən özünə qəsd etdiyi hələ ki, məlum deyil.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. (APA)

AzVision.az


Teqlər: Ağdaş  





Xəbər lenti