Bakıda 93 nəfəri gün vurub, 29-u qadındır

Bakıda 93 nəfəri gün vurub, 29-u qadındır
  17 İyul 2018    Oxunub:7700
Yayın əvvəlindən indiyədək günvurma ilə əlaqədar Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasında 93 nəfərə tibbi yardım göstərilib.

AzVision.az xəbər verir ki, stansiyadan verilən məlumata görə, günvurma diaqnozu ilə müraciət edənlərdən 59 nəfəri profilaktiki məqsədlərlə stasionar müalicəyə cəlb olunub, 34 nəfərə yerində yardım göstərilib.
Günəşin təsirinə məruz qalanlardan 57-si kişi, 7-si azyaşlı, 29-u qadındır və onların arasında həyati təhlükəsi olan yoxdur.

AzVision.az


Teqlər: Stansiya  





Xəbər lenti