İlin ikinci Günəş tutulması baş verib

İlin ikinci Günəş tutulması baş verib
  13 İyul 2018    Oxunub:2171
İlin ikinci Günəş tutulması hadisəsi qeydə alınıb.
AzVision.az xəbər verir ki, təbiət hadisəsi bu gün saat 05:48-də olub. Tutulmanın maksimumu saat 07:01-də, sona çatması isə 08:13-də baş verib.

Təbiət hadisəsi demək olar ki, insanların yaşamadığı Sakit və Hind okeanı hövzələrini, həmçinin Avstraliyanın cənub hissəsini və Antarktidanı əhatə edib.

Qeyd edək ki, növbəti tutulma avqustun 11-nə təsadüf edəcək.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Günəş-tutulması  





Xəbər lenti