BNA svetoforların fəaliyyətini bərpa edir

BNA svetoforların fəaliyyətini bərpa edir
  12 İyul 2018    Oxunub:2228
Paytaxtın bəzi yerlərində elektrik təminatında yaranan kəsinti ilə əlaqədar svetoforların fəaliyyətində əmələ gələn çətinliklər aradan qaldırılır.
AzVision.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Onun sözlərinə görə, həyata keçirilən operativ tədbirlər nəticəsində artıq bir çox küçə və prospektdə svetoforların fəaliyyəti bərpa edilib:

"Hazırda Heydər Əliyev, Qara Qarayev, Həsən bəy Zərdabi, Hüseyn Cavid prospektləri, Şərifzadə, Ş.Mehdiyev və digər küçələrdə svetoforların işi bərpa edilib. Bütün svetoforların normal rejimdə fəaliyyəti üçün zəruri tədbirlər görülür", - deyə o qeyd edib.

AzVision.az


Teqlər: BNA  





Xəbər lenti