Masazırda 2 mərtəbəli 6 otaqlı ev yanıb

Masazırda 2 mərtəbəli 6 otaqlı ev yanıb
  09 İyul 2018    Oxunub:2538
Abşeron rayonunda yanğın hadisəsi qeydə alınıb.
FHN-dən AzVision.az-a verilən məlumata görə, rayonun Masazır kəndində ikimərtəbəli 6 otaqlı evə bitişik ümumi sahəsi 90 m² olan talvarın yanar konstruksiyaları, altına yığılmış mətbəx mebeli 5 m² sahədə və evin pəncərə çərçivəsi 2 m² sahədə yanıb.

Məlumata görə, yüksək temperaturdan yaxınlıqdakı hamamın plastik qapısı əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti