Dənizdə batan şəxsin cəsədi çıxarılıb

Dənizdə batan şəxsin cəsədi çıxarılıb
  08 İyul 2018    Oxunub:2677
Bu gün Bakı şəhərinin Xəzər rayonunda dənizdə (nəzarətsiz ərazidə) 1 nəfərin (kişi) batması barədə məlumat daxil olub.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Cəsəd sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

AzVision.az


Teqlər: FHN   Dəniz  





Xəbər lenti