Şabranda anbarda yanğın olub

Şabranda anbarda yanğın olub
  08 İyul 2018    Oxunub:2200
Bu gün Şabran rayonunun Dəvəçi kəndində ümumi sahəsi 300 m² olan anbarın dam örtüyünün yanar konstruksiyaları 170 m² sahədə və yaxınlıqdakı əraziyə yığılmış 3 ton ot bağlaması yanıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, anbarın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti