Dənizdə batan iki nəfərin meyiti tapılıb

Dənizdə batan iki nəfərin meyiti tapılıb
  07 İyul 2018    Oxunub:3333
Bakıda dənizdə batan iki nəfərin meyiti tapılıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Bakının Sabunçu rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən təxminən 1-1,5 km aralı, nəzarətsiz ərazi) çimərkən batdığı bildirilən 3 nəfərin axtarışları ilə əlaqədar aparılan əməliyyat nəticəsində iki naməlum kişi meyiti (təxminən 20-25 yaşlarında) aşkarlanıb.

Meyitlər sudan çıxarılaraq aidiyyəti üzrə təhvil veriliblər. Şəxsiyyətləri dəqiqləşdirilir.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən axtarış tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər: FHN   Dəniz  





Xəbər lenti