Yardımlıdakı yanğın nəzarətə götürülüb

Yardımlıdakı yanğın nəzarətə götürülüb
  06 İyul 2018    Oxunub:3616
Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Yardımlı rayonu ərazisində baş verən yanğın tam lokallaşdırılıb.
AzVision.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, tüstülənmə müşahidə olunan ərazilər nəzarətə götürülüb.

Qeyd edək ki, 5 iyul 2018-ci il tarixində Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin əhatə etdiyi çətin keçilən dağlıq ərazidə baş verən yanğının söndürülməsinə Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları və texnikası cəlb olunub, həmçinin yerli icra hakimiyyəti nümayəndələri və rayon sakininləri yaxından köməklik göstərib.

Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN əhalini təbiət qoynunda olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti