Sabirabadda oğurluq edən qadın tutulub

Sabirabadda oğurluq edən qadın tutulub
  06 İyul 2018    Oxunub:4451
İyulun 5-də Sabirabad Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini Z.Mirzəyeva iyun ayının 30-na keçən gecə mənzilindən maaş kartının oğurlandığını və hesabındakı 500 manatın çıxarıldığını bildirib.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, dDərhal polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qonşu qadın qısa müddətdə müəyyən edilərək saxlanılıb.

X.Əhədova qonşusunun evindən kartı oğurladıqdan sonra kodu üzərində olduğundan həmin məbləği çıxararaq xərclədiyini etiraf edib.

Faktla bağlı Sabirabad RPŞ-də araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Oğurluq   Sabirabad  





Xəbər lenti