Təcili yardım gücləndirilmiş rejimə keçdi

Təcili yardım gücləndirilmiş rejimə keçdi
  03 İyul 2018    Oxunub:1602
Mingəçevir İES-də baş vermiş yanğın nəticəsində Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası gücləndirilmiş iş rejiminə keçib.
Stansiyanın baş həkimi Rauf Nağıyev AzVision.az-a bildirib ki, fövqəladə vəziyyətlə bağlı bütün rəhbər heyət iş başında olub.

“Çağırışların sayında artım olmayıb, ümumi qaydada işimizi görmüşük. Həmçinin işıqların sönməsi də işimizə maneçilik törətməyib, bütün stansiyalarda ehtiyat variantlar işə salınıb. Təcili yardım işini qüsursuz və gecikmələr olmadan yekunlaşdırıb”.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti