Deputatlar Şimali Kipr Türk Cümhuriyyətinə səfər edəcəklər

Deputatlar Şimali Kipr Türk Cümhuriyyətinə səfər edəcəklər
  10 May 2024    Oxunub:768
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Mədəniyyət komitəsinin sədri Fazil Mustafa, deputatlar Cavanşir Feyziyev, Kamilə Əliyeva, Ağalar Vəliyev və Vüqar İskəndərov mayın 12-də Şimali Kipr Türk Cümhuriyyətinin Nikosiya şəhərinə səfər edəcəklər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az -a verilən məlumata görə, səfər çərçivəsində deputatlarımız Azərbaycan-Türkiyə, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti, Türkiyə-Azərbaycan və Türkiyə Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qruplarının birgə görüşündə iştirak edəcəklər. Səfər mayın 16-da başa çatacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti