Şuşadakı "ASAN xidmət" nə zaman hazır olacaq?

   Şuşadakı "ASAN xidmət" nə zaman hazır olacaq?
  10 May 2024    Oxunub:562
Gələn ayın sonunadək Şuşa şəhərindəki “ASAN xidmət” mərkəzi hazır olacaq. Həm Şuşa, həm də Xankəndi sakinləri həmin mərkəzin xidmətlərindən istifadə edə biləcəklər.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

Onun sözlərinə görə, azad edilmiş ərazilərdə dörd "ASAN xidmət" mərkəzi fəaliyyət göstərəcək. Həmin mərkəzlər Ağdam, Cəbrayıl, Laçın və Şuşa şəhərlərində yerləşəcək. Ağdam, Cəbrayıl, Laçındakı mərkəzlər regional olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti