İsraildən yeni alınan “LORA” raketləri təlimlərdə - FOTO

İsraildən yeni alınan “LORA” raketləri təlimlərdə - FOTO
  02 İyul 2018    Oxunub:8185
Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı təlimləri başlayıb.

AzVision.az xəbər verir ki, ilk dəfə təlimlərə Azərbaycanın İsraildən aldığı LORA (LOng Range Attack) operativ-taktiki raket kompleksləri də çıxarılıb.


LORA operativ-taktiki raket kompleksinin (OTRK) maksimal atış uzaqlığı 430 kilometrdir. LORA raketinin uzunluğu 5 metr, çəkisi 1600 kiloqram, döyüş başlığı 570 kiloqramdır. Avtomatik idarəetmə sistemi ilə təchiz edilmiş LORA kompleksi 430 km-ə qədər uzaqlıqda yerləşən idarəetmə məntəqələrini, raket buraxma qurğularını, radiolokasiya stansiyalarını, vacib hərbi sənaye və infrastruktur obyektlərini məhv edə bilir.



Anar Kəlbiyev
AzVision.az


Teqlər: LORA   Raket   Təlim  





Xəbər lenti