Zaqatalada kafedə ər arvadını bıçaqlayıb

Zaqatalada kafedə ər arvadını bıçaqlayıb
  02 İyul 2018    Oxunub:1351
Zaqatalada ər arvadını bıçaqlayıb.
Məlumata görə, bu gün axşam saatlarında Zaqatala şəhərində fəaliyyət göstərən kafelərdən birində bıçaqlanma baş verib.

Kafedə işləyən Zaqatala şəhər sakini 1970-ci il təvəllüdlü Rəşid Çingiz oğlu Hüseynov hələ ki istintaqa məlum olmayan səbəbdən kafedə işləyən həyat yoldaşı 1976-cı il təvəllüdlü Kəmalə İlham qızı Hüseynovaya bir-neçə bıçaq zərbəsi vurub. Hadisədən sonra xəsarət alan Kəmalə Hüseynova Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

MRX-dan APA-ya bildirilib ki, Kəmalə Hüseynovaya sol kürək nahiyəsinin, qarnının və sağ süd vəzisinin kəsilmiş-deşilmiş bıçaq yarası xəsarəti diaqnozu qoyulub, müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır.

Hadisəni törətməkdə şübhəli sayılan Rəşid Hüseynov polis tərəfindən saxlanılıb. Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

AzVision.az


Teqlər: Zaqatala   Kafe   Bıçaqlanma  





Xəbər lenti