Xaçmazda bir nəfər dənizdə batıb

Xaçmazda bir nəfər dənizdə batıb
  30 İyun 2018    Oxunub:1806
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xaçmaz rayonu, Müqtədir qəsəbəsində dənizdə 1 nəfərin batdığı ehtimal olunur.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər: FHN   Dəniz  





Xəbər lenti