Arvadını məhkəmə zalında öldürən şəxs tutuldu

Arvadını məhkəmə zalında öldürən şəxs tutuldu
  30 İyun 2018    Oxunub:1450
Mingəçevir Şəhər Məhkəməsində məhkəmə prosesi zamanı keçmiş arvadını qətlə yetirən şəxs tutulub.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, iyunun 29-da Mingəçevir şəhər sakini Xalid Əliyev mübahisə zəminində keçmiş arvadı Təranə Nəbiyevanın boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib. Nəticədə xəstəxanaya yerləşdirilmiş T.Nəbiyeva orada ölüb.

X.Əliyev Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

AzVision.az


Teqlər: DİN   Mingəçevir   Qətl  





Xəbər lenti