Bakıda yataqxanada yanğın olub

Bakıda yataqxanada yanğın olub
  30 İyun 2018    Oxunub:1377
Paytaxtda yanğın hadisəsi qeydə alınıb.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, Bakı şəhəri, Nizami rayonunda beşmərtəbəli yataqxana binasının dördüncü mərtəbəsində ümumi sahəsi 15 m2 olan 1 otaqlı mənzilin və eyvanının yanar kostruksiyaları, hər birinin ümumi sahəsi 15 m2 olan digər 1 otaqlı iki mənzilin eyvanlarının yanar kostruksiyaları və beşinci mərtəbədə hər birinin ümumi sahəsi 15 m2 olan 1 otaqlı iki mənzilin eyvanlarının yanar konstruksiyaları (ümumi 35 m2 sahədə) yanıb.

Yanğın zamanı 11 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillərin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın   Yataqxana  





Xəbər lenti