Qazaxda maşın dərəyə aşıb

Qazaxda maşın dərəyə aşıb
  30 İyun 2018    Oxunub:1326
Qazaxda yol qəzası baş verib.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Qazax rayonu, Quşçu Ayrım kəndində "BMW" markalı minik avtomobili dərəyə düşüb.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış sərnişini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

AzVision.az


Teqlər: FHN   Qəza   Qazax  





Xəbər lenti