Məzarlıqdan oğurluq edənlər tutuldu

Məzarlıqdan oğurluq edənlər tutuldu
  29 İyun 2018    Oxunub:1769
İyunun 28-də Ağcabədi Rayon Polis Şöbəsinə Xocavənd kənd qəbiristanlığındakı qəbirlərin birinin ətrafına quraşdırılmış alüminumdan olan bəzək əşyalarının oğurlandığı barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a veriən xəbərə görə, polis əməkdaşlarınını “isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini Elgün Süleymanov və Ağdam rayon sakini Saday Mehdiyev saxlanılıblar. Faktla bağlı Ağcabədi RPŞ-də araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti