Nazilikdən növbəti xəbərdarlığı - 43 dərəcə isti olacaq

Nazilikdən növbəti xəbərdarlığı - 43 dərəcə isti olacaq
  28 İyun 2018    Oxunub:2160
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib.

Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında iyulun 2-dək anomal isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 35-38, bəzi yerlərdə 40 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında iyulun 2-dək anomal isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 38-41, bəzi yerlərdə 43 dərəcə isti olacağı gözlənilir.

AzVision.az


Teqlər: ETSN   Hava  





Xəbər lenti