Yasamalda çay evi qarət olunub

Yasamalda çay evi qarət olunub
  28 İyun 2018    Oxunub:1742
Bakı şəhərində oğurluq edən şəxslər saxlanılıb.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 13-də rayon ərazisindəki çay evlərinin birindən 1700 manat pul, tütün məmulatı və müşahidə kamerasının yaddaş qurğusunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Həsən Babayev və Ağdam rayon sakini Cəsarət Əliyev saxlanılıblar.

Faktla bağlı cinayət işli başlanılıb, araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti