Axtarışda olan şəxs cinayət törətdi

Axtarışda olan şəxs cinayət törətdi
  28 İyun 2018    Oxunub:1242
Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 26-da rayon ərazisindəki kafelərin birindən 3 ədəd soyuducu, 3 ədəd elektrik sobası və digər məişət əşyaları oğurlamaqda şübhəli bilinən 2 nəfər saxlanılıb.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, araşdırmalarla onların Bakı şəhər sakinləri Murad Ağayev və əvvəllər oğurluğa görə məhkum olunmuş, həmçinin borclu şəxs qismində axtarışda olan Rasim Abdulrəhmanov olduqları müəyyən edilib. Faktla bağlı cinayət işli başlanılıb, araşdırma aparılır.


AzVision.az


Teqlər: DİN  





Xəbər lenti