Bakıda güclü yanğın olub

Bakıda güclü yanğın olub
  28 İyun 2018    Oxunub:1715
Paytaxtın Nizami rayonunda güclü yanğın olub.
AzVision.az xəbər verir ki, hadisə Əli Vəliyev küçəsində bir-birinə bitişik yerləşən bir neçə şirniyyat sexində qeydə alınıb. Əvvəlcə bir sexdə başlayan yanğın sonradan digərlərini əhatə edib. Hadisə zamanı obyektlərdə heç kim olmayıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğın Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub. Yanğın lokallaşdırılıb.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti