Bərdədə oğurluq edən şəxs tutuldu

Bərdədə oğurluq edən şəxs tutuldu
  27 İyun 2018    Oxunub:1666
Bərdə rayon sakini Hüseyn Məmmədov iyun ayının 22-də RPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus evdən ümumi dəyəri 1500 manat olan elektrik naqillərinin oğurlandığı barədə məlumat verib.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzVision.az-a verilən məlumata görə, dərhal əməliyyat-axtarış qrupu yaradılıb, hadisə yerinə baxış keçirilib. Aparılan əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Bərdə rayon Güloğlular kənd sakini Ədalət Qaracayev saxlanılıb.

Onun ətrafında davam etdirilən araşdırmalar nəticəsində daha bir evdən ümumi dəyəri 1000 manat olan elektrik kabelləri oğurladığı da məlum olub. Dindirilmə zamanı o törətdiyi oğurluq əməlini etiraf edib. Faktla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.

AzVision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti