213 kq narkotik məhv edilib

213 kq narkotik məhv edilib
  27 İyun 2018    Oxunub:1085
Daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə və kultivasiya yolu ilə yetişdirilən, eləcə də yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində əməliyyat tədbirlərini davam etdirir.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan AzVision.az-a verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində bir nəfər rayon sakininə məxsus torpaq sahəsində ümumi çəkisi 213 kiloqram olan 284 ədəd yabanı halda bitən narkotik xassəli çətənə kolları aşkar olunub.

Həmin çətənə kolları polis əməkdaşları tərəfindən yığılaraq yandırılma yolu ilə məhv edilib. Faktla bağlı RPŞ-də araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti