11 ev yaran oğru 6 ildən sonra tutuldu - FOTO

11 ev yaran oğru 6 ildən sonra tutuldu - FOTO
  27 İyun 2018    Oxunub:1736
Daxili işlər orqanları tərəfindən əhalinin təhlükəsizliyinin təmini, vətəndaşların əmlakına zərər vuran şəxslərin saxlanılması, o cümlədən ötən illərdən bağlı qalmış cinayət faktlarının aşkarlanması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzVision.az-a verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən peşəkarlıqla keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bağlı qalmış 11 oğurluq hadisəsi açılaraq istintaqa təhvil verilib.



Tərtər rayon sakinlərinin şikayət əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Hacıqərvənd kəndi ərazindən 4 və rayon ərazisindən 7 mənzildən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini Ramin Əliyev saxlanılıb. Araşdırmalarla onun 2012-ci ildən 2018-ci ilədək 11 evdən oğurluq edərək vətəndaşlara 35 min manatdan yuxarı ziyan vurduğu məlum olub. R. Əliyev oğurlanan qızıl-zinət əşyalarını dəyərindən ucuz qiymətə satdığını etiraf edib. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirlir.

AzVision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti