Bakı metrosunda cinayət

Bakı metrosunda cinayət
  27 İyun 2018    Oxunub:3944
Metropolitendə Polis Şöbəsi əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində ictimai nəqliyyatda soyğunçuğa cəhd edən şəxs cinayət başında yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, iyunun 26-da saat 8 radələrində metronun “28 May” stansiyasının girişində naməlum şəxs bir qadının çantasını açıq talama yolu ilə alaraq aradan çıxmağa çalışıb. Polis əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində soyğunçuluq etməkdə şübhəli bilinən həmin şəxs yaxalanıb.

Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nadir İsrafilov olduğu müəyyən edilib. Metropolitendə Polis Şöbəsində saxlanılan şəxsin digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.

AzVision.az


Teqlər: DİN   Metro  





Xəbər lenti