Bakıda 14 nəfəri gün vurub

Bakıda 14 nəfəri gün vurub
  27 İyun 2018    Oxunub:1414
Yay mövsümü başlayandan günvurma halları ilə bağlı təcili tibbi yardım stansiyasına 14 müraciət daxil olub.

Bu barədə AzVision.az-a açıqlamasında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev məlumat verib.
Baş həkim bildirib ki, müraciət edən şəxslərdən 4 nəfəri qadın, 8-i isə kişidir: “Eyni zamanda 2 oğlan uşağı günvurma ilə bağlı müraciət edib. Onlardan biri 10, digəri isə 13 yaşındadır. Dünən ölkə ərazisində müşahidə edilən anomal istilərlə bağlı isə 6 nəfər müraciət edib”.

Qeyd edək ki, son vaxtlar ölkə ərazisində isti hava şəraiti hökm sürür.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti