Metroda qadına hücum edən şəxs tutuldu

Metroda qadına hücum edən şəxs tutuldu
  26 İyun 2018    Oxunub:1735
Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini S.Məmmədova iyunun 25-də saat 7 radələrində metronun “Koroğlu” stansiyasında qatarda naməlum şəxsin onun mobil telefonunu açıq talama yolu ilə aldığını bildirib.
AzVision.az-ın DİN-in saytına istinadən məlumatına görə, dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs - Bakı şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Elxan Qasımov qısa müddətdə polis əməkdaşları tərəfindən saxlanılıb.
​Metropolitendə Polis Şöbəsində araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti