Könül Xasıyevanın səhhəti yenidən pisləşib

Könül Xasıyevanın səhhəti yenidən pisləşib
  25 İyun 2018    Oxunub:3352
Xalq artisti, tanınmış xanəndə Könül Xasıyevanın səhhəti yenidən pisləşib. O, bu gün həkimə müraciət edib.
AzVision.az-ın əməkdaşı xalq artistinin özü ilə əlaqə saxlayıb. Çətinliklə danışdığını deyən xanəndə özünü yaxşı hiss etməyidiyni söyləyib.

“Hazırda sistem altındayam. Səhhətim yaxşı deyil. Müalicələr alıram, görək necə olacaq”, - deyə Xasıyeva bildirib.

Qeyd edək ki, xanəndə uzun müddətdir onurğa iflicindən əziyyət çəkir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Xalq-artisti   Könül-Xasıyeva  





Xəbər lenti