“1.2 milyon insan sığortaya cəlb olunmayıb” - Komitə sədri

“1.2 milyon insan sığortaya cəlb olunmayıb” - Komitə sədri
  21 İyun 2018    Oxunub:1482
Bu gün sosial sığortaya cəlb olunmayan insanlar gələcəkdə əziyyət çəkəcək.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitənin iclasında komitə sədri Hadı Rəcəbli deyib.

Komitə sədri bildirib ki, bu istiqamətdə maarifləndirmə işini gücləndirmək lazımdır: “Əmək və əhalinin sosial müdafiəsi naziri burada qeyd etdi ki, Azərbaycanda 1.2 milyon qeyri-formal məşğul insan var. Bu o deməkdir ki, 1.2 milyon insan sığortaya cəlb olunmur və gələcəkdə sığorta ilə pensiya ala bilməyəcək. Nəyə görə sahibkarlar gizlədirlər? Ona görə ki, sahibkarların vergi yükü çoxdur. 22 faiz işəgötürən ödəyir, 3 faiz işçi ödəyir. Bizim fikrimiz belə oldu, dedik burada bir düzəliş edək, balanslaşdıraq ki, işəgötürənin yükünü azaldaq. Biz burada bir balanslaşma aparmalıyıq ki, sahibkar işçiləri sığortaya cəlb etsin, əks tədqirdə sığortalanmayan insanlar gələcəkdə əziyyət çəkəcək”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   Komitə  





Xəbər lenti