Şamaxıda dəhşətli qəza: 2 ölü, 3 yaralı

Şamaxıda dəhşətli qəza: 2 ölü, 3 yaralı
  17 İyun 2018    Oxunub:3080
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə ötən gecə saat 4:00 radələrində magistral yolun Şamaxı şəhərindən keçən hissəsində qeydə alınıb. Şamaxı sakini 1968-ci il təvəllüdlü Əflatun Feyzullayevin idarə etdiyi "Qazel" markalı yük avtomobili qarşı tərəfdən gələn Göyçay sakini 1998-ci il təvəllüdlü Vasif Cabbarova məxsus “VAZ 2107” markalı minik avtomobilinin toqquşması nəticəsində sərnişinlər-Ucar sakini, 1968-ci il təvəllüdlü Sima Məmmədova və Göyçay sakini, 1985-ci il təvəllüdlü Elmin Məmmədov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

Bundan əlavə sürücü, Göyçay sakini Vasif Cabbarov, Şamaxı sakinləri- sürücü Əflatun Feyzullayev, sərnişinlər 1991-ci il təvəllüdlü Nemət Feyzullayev ağır xəsarət aldığı üçün Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. (AzərTAc)

AzVision.az


Teqlər:





Xəbər lenti