FHN 7 nəfəri xilas etdi, 5-i azyaşlıdır

FHN 7 nəfəri xilas etdi, 5-i azyaşlıdır
  15 İyun 2018    Oxunub:984
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda beşi azyaşlı olmaqla 7 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri qapının açılmasını təmin ediblər. Əməliyyat başa çatıb.

AzVision.az


Teqlər: FHN  





Xəbər lenti