Ötən gün 120 cinayət törədilib, 31 nəfər saxlanılıb

Ötən gün 120 cinayət törədilib, 31 nəfər saxlanılıb
  15 İyun 2018    Oxunub:1848
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 120 cinayət faktı qeydə alınmış, onların da 29-u “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 27 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 6 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti