"Bizim məktəbdə heç kim bıçaqlanmayıb" - Direktor danışdı

"Bizim məktəbdə heç kim bıçaqlanmayıb" - Direktor danışdı
  14 İyun 2018    Oxunub:2268
Qobustan rayonu, A.O.Çernyayevski adına 1 saylı tam orta məktəbində bıçaqlanma hadisəsi qeydə alınmayıb.
Bunu AzVision.az-a açıqlamasında məktəbin direktoru İmran Sabirov deyib. O, bildirib ki, 11-ci sinif şagirdi, Qobustan şəhər sakini Rauf Ağaquliyev məktəbdədir və “Son zəng” tədbirində iştirak edib.

“Hazırda tədbir bitib və məzunlar məktəbdədirlər. Səhər saat 8-dən burdayam, heç bir hadisə olmayıb. Həm Rauf, həm də 10-cu sinif şagirdi Vüsal Şəhriyarov sağ-salamatdır, heç kim xəstəxanaya aparılmayıb”.

Direktor valideynlərə müraciət etdiyini və tədbirdən sonra uşaqlara maşınla harasa getməyə icazə verməməyi tapşırıb.

Qeyd edək ki, bu gün yerli mətbuatda Qobustan rayonu, A.O.Çernyayevski adına 1 saylı tam orta məktəbində bıçaqlanma hadisəsinin baş verməsi barədə xəbərlər yayılıb.

Aytən Zəhra
AzVision.az


Teqlər: Məktəb   Son-zəng  





Xəbər lenti