Bakıda avtobus qəzası - Ölən var

Bakıda avtobus qəzası - Ölən var
  11 İyun 2018    Oxunub:2820
Xəzər rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, iyunun 9-da saat 7 radələrində Xəzər rayonu ərazisində Abşeron rayon sakini, əvvəllər məhkum olunan Yelmar Atakişiyev idarə etdiyi “Daewoo” markalı xətt avtobusunu yolun kənarındakı müşahidə kamerası quraşdırılmış dirəyə, sonradan isə səkidə dayanan Bakı şəhər sakini Mansur Namazovu vurub.

Nəticədə M.Namazov və Y.Atakişiyevin sərnişini, paytaxt sakini Soltan Zərbəlizadə xəstəxanaya yerləşdirilinlər. M.Namazov orada ölüb. Xəzər RPİ tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti