Erməni hərbçi qəza törətdi: Yaralılar var (FOTO)

Erməni hərbçi qəza törətdi: Yaralılar var (FOTO)
  04 İyun 2018    Oxunub:1781
Ermənistanın Şirak vilayətində hərbçilərin iştirakı ilə növbəti qəza baş verib.
Ordu.az shamshyan.com saytına istinadən xəbər verir ki, iyunun 3-də saat 16:30 radələrində Şirak vilayətinin sakini, 36 yaşlı Arbak Navoyan idarə etdiyi "Opel" markalı avtomobillə Vanadzor-Gümru avtomobil yolunda yolun hərəkət hissəsindən çıxaraq, bir neçə dövrə vurduqdan sonra çevrilmiş halda sahəyə düşüb.



Məlumata görə, qəza nəticəsində biri uşaq olmaqla, üç nəfər bədən xəsarətləri ilə xəstəxanalara çatdırılıb. Qəza baş verən yolda beton maneələrin olmaması səbəbindən tez-tez avtomobil qəzası baş verdiyi qeyd olunur.



Hazırda polis idarəsinin Amasiya şöbəsi tərəfindən araşdırma aparılır. Qəza törədən avtomobil sürücüsünün Ermənistan müdafiə nazirliyinin hərbi hissələrindən birində xidmət etdiyi bildirilir. Buna görə də, qəzanın araşdırılmasına hərbi polis də cəlb edilib. Yaralıların kimliyi aydınlaşdırılır.





AzVision.az


Teqlər: Ermənistan   Qəza   Hərbçi  





Xəbər lenti