Niderlandda AXC-nin 100 illiyi ilə bağlı konsert
Diplomat Azərbaycanın əldə etdiyi uğurlar barədə məlumat verib. Bildirib ki, hazırda ölkəmizin müxtəlif sahələrdə hərtərəfli inkişafının qayəsində ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin davam etdirdiyi uğurlu xarici və daxili siyasət dayanır. Bu isə Azərbaycanın müstəqilliyinin dönməzliyinin məhək daşıdır.
Sonra “Odlar Yurdu” Azərbaycan-Niderland Cəmiyyətinin rəhbəri Firəngiz Bağırova çıxış edib. O bildirib ki, Azərbaycan gözəl, modern və tolerant bir ölkədir. Xalqımızın mehribanlığı, qonaqpərvərliyi və sülhsevərliyi ölkəmizə gələn əcnəbilərin diqqətini cəlb edir. Dövlətimiz Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edir. Bu da 100 il öncə təməli qoyulan Azərbaycan Respublikasının etibarlı və layiqli əllərdə olduğunun bariz nümunəsidir.
Sonra Klankrijk Drente Musiqi Məktəbinin müəllim və şagirdləri Azərbaycanın tanınmış bəstəkarlarının əsərlərini skripka və royalda ifa ediblər. Tədbirdə Azərbaycandan gəlmiş respublika və beynəlxalq müsabiqələr laureatı, gənc pianoçu Ayan Məmmədli də Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini ifa edib. Sonda vokalçı Firəngiz Bağırova görkəmli Azərbaycan bəstəkarlarının mahnılarından ibarət musiqiləri ifa edib.
AzVision.az