Nazir DSMF-nin fəaliyyəti ilə tanış olub
Fondda olarkən nazir sosial müdafiə sistemində şəffaflığın, ünvanlılığın və ədalətliliyin, eyni zamanda, bu sistemin sosial cəhətdən həssas qruplara əlçatanlığının təmin edilməsinin, vətəndaş məmnunluğuna nail olunmasının başlıca fəaliyyət prinsipləri olduğunu vurğulayıb. Nazir sosial sığorta, pensiya və müavinət təminatı sahəsində əhaliyə xidmətlərin əsasında da məhz bu prinsiplərin dayanmalı olduğunu diqqətə çatdırıb.
Fondun fəaliyyəti ilə tanışlıq zamanı müvafiq sahələrdə iş mexanizmlərinin, inzibatçılığın innovativ yeniliklərin tətbiqi ilə təkmilləşdirilməsi, elektron xidmətlərin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi məsələləri də müzakirə olunub, tapşırıqlar verilib.
Nazirliyin 142 və 190 “Çağrı mərkəzləri”ndə də olan nazir burada vətəndaşların müraciətlərinin cavablandırılması prosesini izləyib. Hər bir müraciətin operativ cavablandırılması, aidiyyəti qanunvericilik aktlarına istinad olunmaqla, vətəndaşlara sadə və aydın şəkildə izahatların verilməsi, hər iki “Çağrı mərkəzi”nin fəaliyyətinin daha da təkmil şəkildə qurulması tapşırılıb.
AzVision.az
Teqlər: ƏƏSMN