İtaliya prezidenti İlham Əliyevə məktub göndərib
Ölkələrimiz uzun müddətdir ki, xalqlarımızın möhkəm və sarsılmaz dostluq əlaqələrinə söykənən, istər rəsmi, istərsə də vətəndaş cəmiyyətləri səviyyəsində mövcud olan məhsuldar əməkdaşlıq yolu ilə irəliləməkdədir. Arzu edirəm ki, bu əməkdaşlıq qarşıdan gələn illərdə daha da güclənsin.
Əminəm ki, rəsmi Bakı və Roma regionun digər ölkələri ilə birgə, sülh şəraitində birgəyaşayış dəyərlərinə hörmətlə, bölgədə sabitliyin və sülhün təmin edilməsi məqsədilə konstruktiv fəaliyyət göstərəcəklər.
Bu arzularla və Sizinlə tezliklə Bakıda görüşmək ümidi ilə Sizə və Azərbaycan xalqına rifah diləyir, bir daha təbriklərimi çatdırıram".
AzVision.az
Teqlər: İtaliya İlham-Əliyev Prezident Təbrik